Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Yeganə Əmiraslanova ilə bağlı rəsmi məlumat

Yeganə Əmiraslanova ilə bağlı rəsmi məlumat

Baş Prokurorluq Almaniya vətəndaşı, Azərbaycana ailəsinə baş çəkmək üçün gələn Yeganə Əmiraslanovanın saxlanılması haqda iddialara münasibət bildirib. 

Azinforum.az-a daxil olan məlumata görə, Avropa ölkələrinə Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili)  və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib. 

Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməyib və axtarışa verilməyib. 

Həmçinin oxuyun

Nazim Bəydəmirlinin məhkəməsi başlayır

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə ibtidai istintaq …