Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / “Yeganə” şadlıq sarayının sahibinin qardaşıoğlu qəza törətdi – ADAM ÖLDÜ

“Yeganə” şadlıq sarayının sahibinin qardaşıoğlu qəza törətdi – ADAM ÖLDÜ

Daha bir biznesmenin 17 yaşlı oğlu adam öldürdü

Azinforum.az qafqazxeber.az-a istinadən bildirir ki, bir müddət öncə Yeganə şadlıq sarayının sahibinin qardaşıoğlu 2000-ci il təvəllüdlü Rəhimov Rəhim Akif oğlu idarə etdiyi “Jeep Grand Cherokee” avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı piyadanı vuraraq öldürmüşdür.

Əldə etdiyimiz məlumata görə bu müddət ərzində müəyyən səbəblərə görə Rəhimov Rəhim Akif oğlu həbs olunmamışdır.

Saytın əldə etdiyi  məlumata görə,  Rəhimov Rəhim Akif oğlu barəsində  Səbail rayon məhkəməsinin qərarı ilə 263.2-264 cü maddəsi ilə cinayət işi açılaraq  2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Qeyd edək ki, Rəhimov Rəhim Akif oğlunun 17 yaşı var və sürücülük vəsiqəsi yoxdur.

Həmçinin oxuyun

Vilyam Hacıyevin həbs müddəti uzadıldı

Bu gün Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DXT) əməkdaşları tərəfindən saxlanılmış İmişli Rayon İcra …