Şənbə , İyun 10 2023
Ana səhifə / Kriminal / “Yaxşı ki, AzTV-ni xaricdə başa düşmürlər” – Qubad İbadoğlu

“Yaxşı ki, AzTV-ni xaricdə başa düşmürlər” – Qubad İbadoğlu

AzTV-nin “Günün nəbzi” verilişində Əmək və əhalinin sosial müdafiəsi Səlim Müslümov və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov çıxış edirdi. Müslümov 12.300 iş yerinin (vakansyanın) mövcudluğu halda ixtisaslı işçi tapılmadığını, Budaqov isə işsizlik səviyyəsinə görə Azərbaycanın hətta Avstriyadan, Belçikadan, Polşadan da yaxşı vəziyyətdə olduğunu iddia edirdi. Sual edən yoxdur ki, bəs belə olan halda nədən azərbaycanlılar iş axtarmaq üçün qonşu dövlətlərə üz tutur və orda da ağır şərtlər altında çalşırlar. Halbuki, Rusiyada əhalisi Azərbaycandan təxminən 2 dəfə çox olan Qazaxıstanlı əmək miqrantları ilə qarşılaşmaq qeyri-mümkündür. Amma Rusiyanın ən ucqar bölgəsində belə azərbaycanlılarla rastlaşmaq olar. Əgər həqiqətən də 12 mindən artıq iş yeri varsa və həmin iş yerlərində normal əmək haqqı təklif edilirsə, onda niyə gənclər arasında işsizlik faizi bu qədər yüksəkdir?
Suallar çoxdur, amma bu verilişdə bu tip sualları nə ünvanlayan, nə də cavablandıran oldu. Qonaqların hər ikisi elə danışdı ki, əgər bu verilişı başqa ölkədə nümayiş etdirsəydilər, böyük ehtimalla ona qulaq asan işsizlərin və yoxsulların əksəriyyəti birbaşa Azərbaycana axışardı. Bəxtimiz gətirib, yaxşı ki, AzTV-ni xaricdə başa düşmürlər.

Qubad İbadoğlu, iqtisadçı alim

Həmçinin oxuyun

Ədliyyə Nazirliyinin yüksək vəzifəlisinə cinayət işi açıldı – Təfərrüat

Ədliyyə Nazirliyinin Katibliyinin Məxfi şöbəsinin rəisi Hafiz Əliyev barəsində cinayət işi başlanılıb.Bu barədə Baş Prokurorluğun Mətbuat …

Bir cavab yazın