Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Yaxın 3 həftədə Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu açılacaq”

“Yaxın 3 həftədə Naxçıvan-Təbriz-Məşhəd dəmiryolu açılacaq”

“Qarşıdan gələn 3 həftə ərzində Naxçıvan-Təbriz-Məşhəd dəmiryol xətti açılacaq”.

Azinforum.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İRİB-ə müsahibəsində bildirib.

Səfir vurğulayıb ki, bu dəmiryolu xəttinin istifadəyə verilməsi İran-Azərbaycan əlaqələrinin genişləndirilməsinə xidmət edəcək: “Ümidvarıq ki, belə işlərin görülməsi nəticəsində iki ölkə arasında münasibətlər və mübadilələr günü-gündən genişlənəcək”.

Qeyd edək ki, bu yolun çəkilməsi layihəsi cari ilin aprelində İran və Azərbaycan Respublikasının dəmiryolu rəsmilərinin Təbrizdə keçirilən birgə ekspert iclasında yekunlaşdırılıb. Layihədə məqsəd qarşılıqlı münasibətlərin inkişafı və turizm sahəsində şəraitin asanlaşdırmaqdır.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın