Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Yasin Məmmədov iş adamının 300 minini necə alıb? – İttiham aktı

Yasin Məmmədov iş adamının 300 minini necə alıb? – İttiham aktı

Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev və onun tabeçiliyində çalışmış Yasin Məmmədov və qeyrilərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstənin bu üzvlərininin İttiham Aktını əldə edib.

Qeyd edək ki, cinayət məsuliyyətinə cəlb olunanlar arasında MSK sədrinin sabiq muavini Natiq Məmmədovun MTN-də şöbə rəisi işləmiş qardaşı Yasin Məmmədov da var.

Yasin Məmmədovun cinayət əməllərindən biri barədə sensasion faktı təqdim edirik.
Burada söhbət Bakıda qızıl binesi ilə məşğul olan iş adamı Rauf Hüseynovun başına gətirilənlərdən gedir.
Türkiyədən, Dubaydan ölkəyə qızıl -zinət əşyalarını gətirən Rauf Hüseynov MTN-nin cinayətlərinin qurbanı olandan sonra müflisləşib.

Başına gələnlər hazırda həbsdə olan məşhur MTN zabiti Füzuli Əliyevin telefonla zəngi ilə başlayır.
Əvvəlcə telefonla zərərçəkəni paytaxt küçələrinin birinə çağıran Füzuli Əliyev onun ölkəyə qaçaqmal yolu ilə qızıl gətirməkdə ittiham edir. Hədə-qorxu tonu ilə danışan Füzuli Əliyev onu MTN-nə çağırıraraq, söhbəti orada davam etdirmək istədiyini deyir.
MTN-nə çağrılan iş adamına məlum olur ki, nazirlik əməkdaşları onun mobil telefonunu da qanunsuz dinləyib.
Özünün dostları ilə danışdığı bütün söhbətləri MTN-də üzünə oxuyurlar və sonda hədə-qorxu ilə ondan 100 min ABŞ dolları tələb edilir.
Şərlənməkdən qorxan iş adamı ondan tələb olunan pulu verəcəyini vəd edir.
Lakin bir neçə gün ərzində bu vəsaiti toplaya bilməyən Rauf yenidən MTN-nə aparılır.
Bu dəfə onu MTN-də istintaqın rəhbərliyində çalışan Yasin Məmmədov qarşılayır. (MSK sədrinin müavini Natiq Məmmədovun qardaşıdır-red.)

Tələb olunan pulu gecikdirdiyi üçün bu dəfə ondan 300 min istənilir. İmkanı olmadığını deyən Rauf Hüseynova Yasin Məmmədov çıxış yolunu da göstərir.
Belə ki, daşınar və daşınmaz əmlaklarının siyahısını onun qarşısına qoyan Yasin Məmmədov bildirir ki, banklara əmlakını girov qoyub, pul götürməsi bir günlük məsələdir.

‘’MTN-nə giriş var, çıxış yoxdur’’ deyən Yasin Məmmədov Raufa sonuncu şans verildiyini də əlavə edir.

Beləliklə, uzunmüddətli həbsdən qorxan Rauf külli miqdarda borclanaraq tələb olunan vəsaiti düzəldir və Mərkəzi Klinik Xəstəxananın yanında Yasin Məmmədovla Füzuli Əliyevə təhvil verir.

İttiham aktında qeyd olunur ki, cinayət işinin istintaqı zamanı zərərçəkənin söylədikləri təsdiqini tapmışdır və Yasin Məmmədova Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham verilmiştir.

Qarşıdakı məhkəmə prosesində bu epizod üzrə məhkəmə araşdırması aparılacaq.



Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …