Dələduzluqda ittiham olunan Taryel Abdullayev barəsində Nərimanov rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.
Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3. 178.2.4-cü (dələduzluq) maddələri ilə ittiham verilib.
İş üzrə 4 nəfər zərərçəkən şəxs var. Taryel Abdullayev həmin şəxslərə xaricdə təhsil almaq adı ilə dələduzluq etməkdə ittiham edilir.
Bildirilir ki, Taryel Abdullayev bundan sonra məhkəməyə barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməsi ilə bağlı müraciət edib. Məhkəmə onun müraciətini təmin etməyib.
Qeyd edək ki, Yaşıl Elmin bir neçə gün əvvəl İlbər Ortaylı və Cəlal Şəngör ilə Bakı Konfransının təşkilatçılığında iştirak etmişdi. APA