Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Yasamalın polis rəisi tibb mərkəzi ilə bağlı məhkəməyə müraciət edib

Yasamalın polis rəisi tibb mərkəzi ilə bağlı məhkəməyə müraciət edib

Yasamal Rayon Dövlət Polis İdarəsi “Astoriya Tibb Mərkəzi” barədə inzibati protokol tərtib edib.

“Report”un xəbərinə görə, buna “Astoriya Tibb Mərkəzi”nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq quruma verməməsi səbəb olub.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə “Astoriya Tibb Mərkəzi” MMC-yə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.

Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirov bu qərardan apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, İXM-nin 347-ci madəsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …