Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Yasamalda radio aparıcısının maşınının şüşələri sındırıldı

Yasamalda radio aparıcısının maşınının şüşələri sındırıldı

“Media FM”in aparıcısı Sona Rəsulovanın başına iş gəlib.

“Qafqazinfo” xəbər verir ki, ötən gün aparıcının Yasamal rayonunun Mətbuat prospekti ərazisində park etdiyi avtomobilinin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb.

Aparıcı “bardaçok”dakı siqaretinin oğurlandığını qeyd edib. S. Rəsulovanın sözlərinə görə, oğrular digər avtomobil sahiblərinə də zərər vurublar.

“Gecə əməlli-başlı avtomobillərin soyqırımı olub. Şumlaya-şumlaya gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də qırıblar. Telefonu, saatları, pul qabları oğurlanıb – deyə, aparıcı əlavə edib.

Zərərçəkənlər polis bölməsinə müraciət ediblər.


Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …