Şənbə , Noyabr 17 2018
Ana səhifə / Kriminal / Yasamalda bir gecədə 15 maşın qarət olundu – FOTO

Yasamalda bir gecədə 15 maşın qarət olundu – FOTO

Azərbaycanda jurnalistin avtomobili qarət edilib.
Unikal.org xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, ikinci Alatava küçəsində baş verib.
İlkin Nadirova məxsus 99-LD-670 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı maşından oğurluq ediblər. Şüşəni sındıran şəxslər avtomobildən 60 manat pul, bank kartları və “Samsung” markalı mobil telefonu oğurlayıblar.
Zərərçəkən başına gələn xoşagəlməz hadisə ilə bağlı DİN-nin “102 qaynar xətti”nə məlumat verib. Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.
Qeyd edək ki, hadisə baş verən gün Yasamal rayonunda bir gecədə 15 maşın qarət olunub. Onlardan 3-ü  Alatava küçəsində qeydə alınıb.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanlı müğənnini dostu qətlə yetirdi: qaçanda özü də öldü – ŞOK TƏFƏRRÜAT

Bərdədə dostu və həmkarı olan xanəndə yoldaşı tərəfindən qətlə yetirilən Miryusif Mirizadənin cinayət hadisəsinin yeni …