Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Kriminal / Yasamalda 2 nəfər “Niva”da güllələndi

Yasamalda 2 nəfər “Niva”da güllələndi

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

“ Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində naməlum şəxs tərəfindən tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ondan başqa, sərnişini İlkin Babayev də güllələnib. O, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

Həmçinin oxuyun

Göyçayda qız anasını boğaraq ÖLDÜRDÜ

Göyçayda qız anasını boğaraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, oktyabrın 12-də …