Ana səhifə / Kriminal / Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı – Fotolar

Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı – Fotolar

Yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi oləqanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 18-20 aprel tarixləri arasında paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 169 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib. 

Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur  ki,  8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək. 

Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı - Fotolar
Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı - Fotolar
Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı - Fotolar
Yasa getmək adı ilə icazə alan daha 169 nəfər cəzalandırıldı - Fotolar

Həmçinin oxuyun

Bakı sakininə səkkiz bıçaq zərbəsi vuruldu

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, …