Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Kriminal / Yasa gedərkən qəzaya düşdülər, maşın yandı – Fotolar + Yenilənib

Yasa gedərkən qəzaya düşdülər, maşın yandı – Fotolar + Yenilənib

Qax rayonunda maşın qəzaya düşərək yanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Qorağan kəndi istiqamətində baş verib.

Sumqayıt şəhər sakini Ağayev Aqşin Xəlilağa oğlu “Cherry”  avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində maşın yanıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və avtomobil söndürülüb.

Sürücü A.Ağayev və 3 sərnişin xəsarət alıb.

***

Avtomobildə olan sərnişinlərin kimliyi bəlli olub. Belə ki, 1941-ci il təvəllüdlü Əliyev Qərib Abbas oğlu və 1938-ci il təvəllüdlü Əliyev Elmanın vəziyyəti orta stabil, 1982-ci il təvəllüdlü Sayılova Kəmalənin vəziyyəti isə orta ağırdır. Onlar Sumqayıt şəhərindən Qax rayonuna yasa gedirlərmiş.

Həmçinin oxuyun

Tanınmış kikboksinq ustasının oğlu qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi törədilib. Yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində …