Ana səhifə / Kriminal / Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub.
 

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəbrail Fərzəliyev 10 il azadlıqdan məhrum edilib.
 

Qeyd: İş üzrə “Paşabank” ASC və Azərbaycan Respublikasının Gənclər Fondu zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev “Azərbaycan Respublikasının Gənclər Fond”na 385 min manat, “Paşabank” ASC-yə qarşı isə 342 min manat mənimsəmədə ittiham olunur.
 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
 

Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

Həmçinin oxuyun

Azərbaycanda sosial media platformalarına ən çox pul xərcləyən səhifələrin adı açıqlanıb

“Meta” şirkəti illik “Reklam Kitabxanası Hesabatı”nı yayımlayıb “Facebook”, “WhatsApp”, “Instagram” kimi sosial media platformalarına sahib …