Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Kriminal / YAP-ın təlimçisi Mətanət Səfərlinin 15 min dollarını kim və necə mənimsəyib?..

YAP-ın təlimçisi Mətanət Səfərlinin 15 min dollarını kim və necə mənimsəyib?..

Jurnalist Anar Məmmədov öz sosial şəbəkə hesabında maraqlı bir məlumatı ictimailəşdirib. Jurnalist qeyd edir ki, Mehriban Fərruxlu adlı bir xanım bir nəfər jurnalistlə birləşərək , YAP -ın Nəsimi rayon təşkilatında təlimçi kimi çalışan Mətanət Səfərlinin övladını “Odlar Yurdu” universitetinə düzəltmək adı ilə 15 min ABŞ dollar pulunu alıb. Ona deyiblər ki, həmin universitetin rektorunun sürücüsü bu məsələni həll edəcək. Amma nəticədə uşaq unversitetə qəbul ola bilməyib. Mətanət Səfərli pulunu geri ala bilmədiyi üçün, Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə şikayət edib. Hazırda bu işlə bağlı araşdırma aparılır.
Azinforum.az olaraq bu məsələdə adları hallanan şəxslərlə əlaqə saxlaya bilmədik. Onların da məsələyə münasibətinə yer verməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

“Tərtər işi”ndə təqsirləndirilən bir qrup keçmiş hərbçi yenidən məhkəmə qarşısında

“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, …