Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Yanğın yararsız avtomobillərin yığıldığı ərazidə baş verib”

“Yanğın yararsız avtomobillərin yığıldığı ərazidə baş verib”

Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.

“Bura yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir. Yaxınlıqda Dövlət Yol Polisə məxsus qorunan cərimə meydançası yerləşir. Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb. Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb”, – deyə mətbuat xidmətindən bildirilib.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …