Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Yalan məlumat yayanlar məsuliyyət daşımalıdırlar – VİDEO

Yalan məlumat yayanlar məsuliyyət daşımalıdırlar – VİDEO

Sosial şəbəkələrdə qala divarlarına zərər vurulması ilə bağlı yayılan məlumatlara cəmiyyət fəal reaksiya göstərdi. Bu tariximizə və abidələrimizə göstərilən diqqətdən irəli gələn bir hal idi.

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov Baku TV- yə bildirib ki, bir neçə il əvvəl həmin ərazinin bərpası zamanı çəkilən şəkillərin bu günlərdə paylaşılmasında məqsədli olan şəxslər var. 

Yaranan əsassız  söhbətlərə son qoymaq üçün Kiçik Qala küşəsinə blogerlərin media turu təşkil olunub. “İçərişəhər”də  doğulan, bu divarların, küçələrinin hər birinin ona doğma olduğunu deyən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şairə Zəhra Bədəlbəylinin sözlərinə görə sosial şəbəkələrdə paylaşılan şəkilləri gördükdə onun da əvvəlcə reaksiyası birmənalı olmayıb.

İçəri Şəhər sakini olan aparıcı Ceyhun Əli deyir ki, tarıxı abidə və memarlıq üslubu qorunmaqla ərazidə hər hansı iaşə obyektlərinin tikilməsi normaldır və bu cür hadislərə dünya ölkələrində də rast gəlmək olar.

Bərpaçı alim Çingiz Neymarzadə deyir ki, hər hansı xəbəri araşdırmadan danışan hər kəs məsuliyyət daşayır. 

“Nə iləsə sürətli şəkildə tanış olurlar və düşünürlər ki, hər şeyi bilirlər, bundan sonra informasiyanı yaymağa başlayırlar. Əslində isə bu belə deyil, bir şey  haqqında fikir bildirmək istəyirsənsə, öncə zəhmət çək, məsələnin dərinliyini öyrən,  sonra danış, sən yalan məlumatı yayımlayırsansa, buna görə məsuliyyət daşıyırsan. 2011-ci ildə qərar qəbul olundu ki, İqtisad Universitetinə bitişik olan qala divarı bərpa olunsun, çünki, orada bütün divarlar yeni tikililərlə örtülü idi. Yeni obyektlər tikilən zaman heç nə nəzərə alınmamışdı, hətta onlar  bürc divarlarını sökmüş və qala divarına bitişdirmişdilər. Qərar qəbul edildi ki, onların hamısı yığışdırılsın və bu çox doğru qərar idi.  Bürc dağılmışdı və onu bərpa etmək lazım idi. Bu şəkillərdə həmin bürcün bərpası zamanı çəkilib və indi yayılıb ki “Baxın bürcü dağıdırlar” 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …