Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Ya Badri öləcək, ya “Lotu Quli”….” – QANUNİ OĞRULARIN ÖLÜM-DİRİM SAVAŞI..

“Ya Badri öləcək, ya “Lotu Quli”….” – QANUNİ OĞRULARIN ÖLÜM-DİRİM SAVAŞI..

Cinayətkar dairələrdə “Badri Kutaisski” kimi tanınan “qanuni oğru” Badri Koquaşvili ilə Azərbaycanın baş kriminal avtoriteti Nadir Səlifov (“Lotu Quli”) arasındakı müharibə həlledici mərhələyə qədəm qoyub və opponentlərdən birinin ölümü ilə yekunlaşa bilər.

Azinforum.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda  “Rosbalt” agentliyi yazır.

Agentliyin həmsöhbətlərinin fikrincə, Koquaşvili uduzmuş vəziyyətdədir, çünki Səlifovun mafiya arasında daha çox gücü, pulu, döyüşçüləri və dəstəyi var. Agentliyin bildirdiyinə görə, hətta Kutaisskinin ən qızğın tərəfdarları da Qulinin düzgünlüyünün lehinə dəlillər tapırlar.

Qanuni oğrular Emzar Japaridze (“Kvatiya”) və Quram Çixladze (“Kvejoeviç”) Səlifovun “oğru olmadığını” elan etdiklərinə görə şəxsən onun qarşısında tövbə etməlidirlər. Əks təqdirdə, onlar aradan götürüləcək və ümumiyyətlə “Rosbalt”ın qeyd etdiyi kimi, Səlifovun “qanuni oğru” olmasından şübhələnən hər hansı “oğru” “o biri dünyaya” köçəcək.

İddia olunur ki, Koquaşvili ümumi vəziyyəti dərk edərək, Moskvada təxminən on cangüdənin müşayiəti ilə zirehli avtomobildə hərəkət edir. Bu hadisələr fonunda onun Avropaya müttəfiq axtarışına göndərildiyi də bildirilir. Agentliyin məlumatına görə, zərbə Koquaşvili ya da “Lotu Quli”nin özünə deyil, onun yaxınlarından kiməsə vurula bilər.

Sentyabrın 2-də məlum olub ki, Koquaşvili Səlifovu oğru titulundan məhrum etmək üçün kriminal aləmin nümayəndlərini toplamaq qərarına gəlib. Buna səbəb 26 avqustda Türkiyədə baş verən hadisə olub. Sonra kriminal dairələrdə Kvejoyeviç kimi tanınan və irsən “qanuni oğru” adını alan  35 yaşlı Quram Çixladze Nadir Səlifovla ilk görüşdə döyülüb. Çixladzenin döyən Salifovun dostu, milliyyətcə qazax və “qanuni oğru” adına yeni namizədlərdən olan “Arman Dikiy” idi. Arman hesab edib ki, Çixladze Səlifovun qarşısında özünü çox “yekəxana” aparıb.

Badri isə öz növbəsində belə hala, yəni “qanuni oğru”nun döyülməsinə icazə verən Səlifovun “qanuni oğru” adını itirdiyini bildirib və onun titulundan məhrum edilməsinə qərar verib. Koquaşvili qeyd etdiyinə görə,  “Krasnoyarskdan (“qanuni oğruları” sındırmaqla tanına islah-əmək düşərgəsi)  ona görə keçməyib ki, oğruları döysünlər və cəzasız qalsınlar”. Hazırda həbsdə olan nüfuzlu “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) isə Türkiyədə baş verənlərin əslində ona dəyən sillə   olduğunu qeyd edərək Badrinin mövqeyini dəstəkləyib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …