Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Xudafərin” MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başladı

“Xudafərin” MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırdıqlarını bildirib.

Onlar mülki iddialarını məhkəməyə təqdim ediblər.

Zərərçəkmilərdən biri “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib. Hakim Ə.Hacıyev isə bildirib ki, A.Abdullayev bu cinayət işinə cəlb edilmədiyinə görə məhkəmənin sözügedən iddiaya baxmağa səlahiyyəti çatmır.

Daha sonra zərərçəkmiş Şəlalə Mustafayeva vəsatət qaldıraraq, hüquqi şəxs olan “Xudafərin” MMC-ni də ziyanın qaytarılması üçün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyiblər.

Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.

Məhkəmə baxışı mayın 11-nə təyin edilib.

Qeyd edək ki, “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xatırladaq ki, “Xudafərin” MMC “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …