Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Xızıda qadın geyimi geyinən kişilərdən yol kənarında dəhşətli əməllər: Maşınları saxladıb…

Xızıda qadın geyimi geyinən kişilərdən yol kənarında dəhşətli əməllər: Maşınları saxladıb…

Xızı rayon polis şöbəsinə müraciət edən bir nəfər şəxs, Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.

Azinforum.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobilləri saxladıb.

Daha sonra isə qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adları sadalanan şəxslərdən zərər çəkmiş şəxslər DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …