Bazar ertəsi , Yanvar 21 2019
Ana səhifə / Kriminal / Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər – FOTOLAR

Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər – FOTOLAR

Azərbaycanda jurnalistin evinə basqın olub.

Bu barədə Open.az-a basqına məruz qalan xanım jurnalist Könül Rəfiyeva özü məlumat verib. Onun sözlərinə görə, yaşadığı evə basqın edənlər qonşularıdır: “Mən Xırdalan şəhərində ailəmlə birlikdə yaşayıram. Sentyabrın 6-da axşam 17-18 radələrində evim və ailə üzvlərim qonşular tərəfindən toplu şəkildə hücuma məruz qalıb. Evimiz daş-qalaq edilib. Ailə üzlərim və mən şəxsiyyətimizi alçaldan təhqirlərə məruz qalmışıq. Hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin “102” xəttinə şikayət etdim. Şikayətdən sonra evimizə hücum edən şəxslər saxlanılsalar da qısa müddət sonra sərbəst buraxıldılar. Onlar sərbəst buraxıldıqdan dərhal sonra saat 20:10 radələrində yenidən yaşadığımız evə hücum edərək anamı və məni təhqir edib bizə müxtəlif xəsarətlər yetirdilər. Sonradan “102” xidməti ilə dəfələrlə əlaqə saxlasaq da məsləyə baxan olmadı. Bu günə kimi hadisəyə hüquqi qiymət verilməyib və müvafiq ekspertizalar təyin olunmayıb. Özünü təhqiqatçı kimi təqdim edən Abşeron rayon Polis İdarəsinin Rövşən adlı əməkdaşı 2 saat sonra hadisə yerinə gəlib, şəxsi mülkə vurulan ziyan faktına əhəmiyyət vermədən hücum edən şəxslərin mənə yenidən fiziki xəsarət yetirib təhqir etmələrini kənardan müşahidə etməklə kifayətlənib. Hadisə ilə bağlı bu günə kimi ailə üzvlərimizdən heç kimin ifadəsi alınmayıb. Məsələ ilə bağlı Abşeron rayon prokurorluğuna bir ay öncə ünvanladığım şikayətimə də heç bir cavab almamışam”.

K. Rəfiyeva hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etdiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, K. Rəfiyeva jurnalist fəaliyyəti ilə məşğuldur.

Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər
Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər
Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər
Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər
Xırdalanda xanım jurnalistin evini daş-qalaq etdilər

VIPedu.BIZ

Həmçinin oxuyun

Özünü polis kimi təqdim edib cinayətkar dəstə yaratdı: “Oğlunuz narkotiklə tutulub” – TƏFƏRRÜAT

Özünü polis əməkdaşı kimi təqdim edərək cinayətkar dəstə yaradan şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası …