Şənbə , Yanvar 16 2021
Ana səhifə / Kriminal / Xırdalanda şok olay: 21 yaşlı kişi kürəyindən bıçaqlandı, 18 yaşlı arvadı isə döyüldü

Xırdalanda şok olay: 21 yaşlı kişi kürəyindən bıçaqlandı, 18 yaşlı arvadı isə döyüldü

Abşeronda bıçaqlanma və döyülmə hadisəsi baş verib. 

Hadisə Xırdalan şəhərində qeydə alınıb.

1999-cu il təvəllüdlü Hüseynov Həsən Murtuz oğlu və onun həyat yoldaşı 2002-ci il təvəllüdlü İsmayılova Zöhrə Etibar qızı tanıdıqları səxs və yaxud şəxslər tərəfindən əvvəlcə döyülüblər. Daha sonra isə H.Hüseynov bıçaq zərbəsi alıb.

Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar, müayinə zamanı Z.Ismayılovaya qarnının güt travması, H.Hüseynova isə kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır/Report.

Həmçinin oxuyun

Axtarışda olan 46 nəfər saxlanıldı – RƏSMİ

Daxili İşlər Nazirliyini ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik …