Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Xasməmmədov Göyçayda yenə qalmaqal törətdi, rəisin otağında dava salıb polislərə xəsarət yetirdi

Xasməmmədov Göyçayda yenə qalmaqal törətdi, rəisin otağında dava salıb polislərə xəsarət yetirdi

Göyçayda özünü insan haqları müdafiəçisi kimi təqdim edən və əvvəllər xuliqanlığa görə həbs cəzası almış Taleh Xasməmmədov yenidən qalmaqal törədib.

DİN-in Mətbuat Xidmətindən virtualaz.org saytının sorğusuna cavab olaraq verilən məlumatda deyilir ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar.

Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarınin olması məlum olub və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.

Bundan sonra avtomobilin sahibi əvvəllər də məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəsinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanmasınin səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər.

Bununla razılaşmayan T. Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qrşısı alınıb və saxlanılıb. Hazırda faktla bağlı Göyçay RPŞ-də müvafiq araşdırmalar aparılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunacaq.  

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …