Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Xarici ölkə vətəndaşı Bakıda qəza törətdi: ölən və yaralanan var

Xarici ölkə vətəndaşı Bakıda qəza törətdi: ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” bildirir ki, qəza Suraxanı rayonu ərazisində, Zığ şosesində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1981-ci il təvəllüdlü Balısnıy Aleksandrın idarə etdiyi “Mercedes” markalı avtomobil şosedə əks istiqamətdə hərəkət edərək qarşıdan gələn, Məmməd Söhrab Şöhrət oğlunun idarə etdiyi “Ford” markalı yük avtomobilinin yoluna çıxıb. Nəticədə “Mercedes” “Ford”la toqquşub.

Hadisə zamanı “Ford” avtomobilinin sürücüsünün ayağı sınıb. “Mercedes” markalı avtomobilin sürücüsü isə deformasiyaya uğramış nəqliyyat vasitəsində ağır xəsarət alaraq ölüb.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları “Mercedes”in sürücüsünün meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …