Ana səhifə / Kriminal / “Xaricə kapital axınının qarşısı alınmalıdır” – Deputat

“Xaricə kapital axınının qarşısı alınmalıdır” – Deputat

“Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması hazırki durumda çox mühüm addımdır. Biz parlamentdə “Maliyyə nəzarəti haqqında” qanun layihəsinin qəbul olunmasını xahiş edirdik. Çünki maliyyə bazarlarına nəzarət mexanizmi faktiki olaraq yox idi”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkilinin sözlərinə görə, yeni yaradılan palatanın mühüm işlər görəcəyini gözlənilir: “Maliyyə bazarında stabillik yaratmaq, bank sistemində müəyyən problemləri həll etmək üçün bu palatın əhəmiyyəti böyük olacaq. Azərbaycandan xaricə müəyyən qədər kapital axını var və bunun qarşısı alınmalıdır. Maliyyə bazarında stabillik yaratmaq, bank sistemində müəyyən problemləri həll etmək üçün bu palatın əhəmiyyəti böyük olacaq. Ora cəlb olunacaq mütəxəssislər yüksək dərəcəli iqtisadçılar, hüquqşünaslar olmalıdır ki, bununla bazarı tənzimliyə bilsinlər. Hesab edirəm ki, ölkə başçısının bu addımı müsbət qiymətləndirilməlidir”.

V.Əhmədov qeyd edib ki, Prezident yanında Apellyasiya Şurasının yaradılması da təqdirəlayiq haldır: “Biz təklif edirdik ki, Prezident yanında İqtisadi Şura yaradılsın. Bunun əvəzində Prezident yanında Apellyasiya Şurası yaradıldı və bu da müsbət addımdır. Sahibkarlar onların inkişafına mane olan şəxslərlə bağlı həmin şuraya müraciət edə biləcəklər”.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın