Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Xanım jurnalist üzləşdiyi təxribatın həll edilməsi ilə bağlı nazir Vilayət Eyvazova təşəkkür etdi

Jurnalist, Azeronline.tv saytının baş redaktoru Elmira Hümbətova daxili işlər naziri Vilayət Eyvazova xüsusi təşəkkürünü çatdırıb: “ Cənab Nazir, təxminən 2 ay əvvəl mən öz “İnstagram” səhifəmdə narkotikləri təbliğ edən cinsi azlıqlarla bağlı videomaterial paylaşmışdım.

Həmin hadisədən sonra, videoda nümayiş olunan cinsi azlıqlar mənimlə əlaqə yaradaraq, pul müqabilində həmin materialın səhifədən silinməsini təklif etmişdilər. Onların təklifini rədd etdiyim üçün, məndən qisas almaq qərarına gəldilər.

“İnstagram”səhifəmdə publik şəkildə elan etdiyim mobil telefon nömrələrimi özlərinə məxsus səhifələrdə paylaşaraq, mənim güya pul müqabilində kişilərlə görüşdüyümə dair elanlar yerləşdirdilər. Həmin vaxtdan sonra, mənə tanımadığım nömrələrdən yüzlərlər zənglər edildi.

Zəng vuranlar mənə səhifədəki elanı əsas göstərərək əxlaqsız təkliflər edirdilər. Çox çıxılmaz vəziyyətdə qalmışdım.

Bu hal mənim peşə fəaliyyətimə təzyiq olmaqla yanaşı, eyni zamanda özümdə və ailə üzvlərimdə psixoloji sarsıntıya səbəb olmuşdur. Məcbur qalıb ərazi aidiyyəti üzrə polis bölməsinə müraciət etdim.

Həmin bölmənin rəisi, polis polkovnik-leytenantı Nasir Babayev məni bölməyə dəvət edib, söhbət etdi. Bu işlə operativ məşğul olmağa başladılar və bir müddət sonra həmin nömrələri paylaşan adamları tapıb bölməyə gətirdilər.

Onlar barəsində müvafiq hüquqi ölçü götürüldü və mənim narahatçılığım aradan qaldırıldı. Buna görə də, sizin şəxsinizdə bütün polislərə dərin minnətdarlığımı bildirirəm”.

Hüseyn,
Azinforum.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …