Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib

Xanəndə yol qəzasında ölməyib, qətlə yetirilib

Bərdə rayonunda yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin qətlə yetirildiyi məlum olub.
Bərdə Rayon Prokurorluğundan “Report”un Qarabağ bürosuna verilən məlumata görə, ona 14 bıçaq zərbəsi vurulub.
Hazərda hadisənin törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Eyni zamanda “Mercedes” markalı avtomobilin sahibi olan digər xanəndə Novruz Hüseynov isə orada olmayıb və hazırda onun da axtarışları aparılır.
Faktla bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, hər iki şəxs 2015-ci ildə təşkil edilən “Televiziya Muğam Müsabiqəsi”nin iştirakçıları olublar.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …