Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan anaya cəza kəsildi

Xanəndə olan qızını çimərliyə getdiyi üçün bıçaqlayan anaya cəza kəsildi

İki uşaq anasına hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Proses hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmədə hökm oxunub. Aynurə Rüstəmova barəsində şərti cəza hökmü çıxarılıb.

Bildirək ki, təqsirləndirilən ana qızının xanəndə olduğunu bildirib. İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …