Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Kriminal / Xalası qızının boğazını kəsib polisə təslim oldu – VİDEO

Xalası qızının boğazını kəsib polisə təslim oldu – VİDEO

Hacıqabulun Muğan qəsəbəsində qətl hadisəsi olub.

ARB TV xəbər verir ki, Hacıqabul sakini, 24 yaşlı Ayəddin İsmayılzadə xalası qızı – 24 yaşlı Rəvanə Məliklinin boğazını kəsib.

Məlumata görə, gənc qız nənəsi ilə yaşayıb. Evə daxil olan İsmayılzadə xalası qızının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb. Daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rəvanə Məliklinin bir bacısı da qətli törədən Ayəddin İsmayılzadənin qardaşının həyat yoldaşıdır.

Saxlanılan şəxsin dostu: “Uşaqlıqdan bir yerdə böyümüşük. Qardaşımız olub. Çox mehriban olub. Qızıl uşaq olub. İşləyirdi, işə gedib-gəlirdi, heç kimə dolaşmırdı”.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …