Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Kriminal / Xaçmazda 20 yaşlı oğlanın hissələrə bölünmüş meyiti aşkarlandı

Xaçmazda 20 yaşlı oğlanın hissələrə bölünmüş meyiti aşkarlandı

Xaçmazda gənc oğlanın parçalanmış meyiti tapılıb.

Trend-in məlumatına görə, Xaçmaz rayonunun Çarxı kəndi ərazisindəki dəmir yolu xəttində kənd sakini, 1999-cu il təvəllüdlü Mehtiyev Ağacan Maqsud oğlunun çılpaq vəziyyətdə hissələrə bölünmüş meyiti dəmir yolu xəttinin arasında aşkar edilib.

Meyitə baxış keçirilərkən məlum olub ki, A.Mehtiyevin ayaqları bədənindən ayrılıb, sağ ayaq meyitin yanında, sol ayağı isə meyitdən 32 metr kənarda aşkar edilib.

Araşdırmalar zamanı məlum olub ki, A.Mehtiyev yük qatarı ilə vurulub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyini pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

İstintaqla A.Mehtiyevi vuran yük qatarı müəyyən edilib.

*   *   *00:15

Xaçmazda ölüm hadisəsi baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini, 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. A.Mehdiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …