Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Xətaidə evləri yananlardan heç biri iş adamından şikayətçi deyil

Xətaidə evləri yananlardan heç biri iş adamından şikayətçi deyil

Xətaidə 9 mərtəbəli yaşayış binasında baş verən yanğıma görə axtarışda olan və daha sonra həbs edilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı axtarışda olan Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasda Xətai rayonu ərazisində baş vermiş yanğın zamanı zərərçəkmiş bina sakinləri ifadə veriblər.

Zərərçəkmiş Məhəbbət Qasımov dindirilərkən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib: “Mənim Məmməd Vəliyevdən heç bir tələbim də yoxdur. Cəza məsələsinə gəlincə isə məhkəmənin mülahizəsinə buraxıram”.

Zərərçəkmiş bununla bağlı məhkəməyə ərizə təqdim edib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib.

Məhkəmədə zərərçəkmişlər Fərqanə Məmmədova, Qurban Babayev, Nadir Əzizov, Ərzuman Qasımov və digərləri də ifadə verib. Onlar istintaqa verdiyi ifadələrini təsdiq ediblər. Təqsirləndidilən şəxsdən şikayətçi olmadığını deyiblər.

Növbəti məhkəmə iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib.

 

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …