Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Xəstəxanada yanğın olub – 31 ölü

Xəstəxanada yanğın olub – 31 ölü

Cənubi Koreyanın Miran şəhərində xəstəxanada yanğın baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 31 nəfər həlak olub, daha 40 nəfər xəsarətlər alıb. Yanğın baş verən zaman xəstəxanada 100-ə yaxın xəstə olub.

Yanğın binanın birinci mərtəbəsində yerləşən təcili tibbi yardım bölməsində qeydə alınıb. Yanğınsöndürənlər səyi nəticəsində 1 saat 40 dəqiqədən sonra alovun qarşısını almaq mümkün olub.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …