Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Xəstəxana direktorunu şantaj etməkdə təqsirləndirilən baş redaktorun digər əməlləri üzə çıxdı

Xəstəxana direktorunu şantaj etməkdə təqsirləndirilən baş redaktorun digər əməlləri üzə çıxdı

Göygöldə vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Osman Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Roman Ələkbərlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işi üzrə 9 zərərçəkmiş var.

Qeyd: Ötən ilin yayında Göygöl Rayon Polis Şöbəsi əməkdaşları daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat zamanı “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.

O, əməliyyat tədbiri nəticəsində həmin ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci  maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …