Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Whatsapp”da polis rəisi haqda səs yayan şəxs həbs edildi

“Whatsapp”da polis rəisi haqda səs yayan şəxs həbs edildi

Yol polisi haqqında “Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib.

” Azinforum.az “ Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.  V.Əsədov deyib ki, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs tədbiri seçilib. Qasımova 15 sutka inzibati həbs cəzası verilib və o, iki il müddətinə sürücülük hüququndan müddətinə məhrum edilib.  V. Əsədov deyib ki, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və polisə böhtan atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir səs yazısını yayıb:  “Özü bunu etiraf etdi”.

Qeyd edək ki, “Whatsapp”da yayılan səs yazısında Xətai DYP-nin rəisi Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür. Guya maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır, və bütün bunlara rəis özü göstəriş verir.

 

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …