Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Vüqar Səfərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (ləğv edilmiş) keçmiş icraçı direktoru Vüqar Səfərlinin və onunla birgə mühakimə edilənlərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə elan olunub ki, təqsirləndirilən Nadir Məmmədovun məhkəməyə gətirilməsi təmin edilməyib. Məhkəməyə daxil olan məktubda qeyd edilib ki, N.Məmmədov İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Bu səbəbdən proses qeyri müəyyən vaxta qədər təxirə salınıb.

İttihamda qeyd olunub ki, fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanma və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edək ki, V.Səfərli həbsdə, digər təqsirləndirilənlər isə polis nəzarəti altındadır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …