Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Kriminal / Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb
Vüqar Səfərli

Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq fond rəhbəri saxlandığı Pentensiar Xidmətin Müalicə müəssisəsindən ciddi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub.

Qeyd edək ki, V. Səfərli Bakı İstintaqTəcridxanasından Müalicə müəssisəsinə köçürülmüşdü.

Xatırladaq ki, Vüqar Səfərli və onunla birgə ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər – Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Həmçinin oxuyun

Nəvəsinin öldürdüyü şairə ilə bağlı yeni detallar – VİDEO

Sumqayıtda tanınmış aşıq və şairə qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Baş prokurorluğun …