Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / Vitse-admiral Şahin Sultanov məhkəmə qarşısında

Vitse-admiral Şahin Sultanov məhkəmə qarşısında

Bu gün Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin barəsində olan hökmdən apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib.
Azinforum.az Report-a istinadən xəbər verir ki, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Ş.Sultanovun vəkilləri çıxış edib.
Onlar müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Daha sonra Ş.Sultanovun özü çıxış edib. Sabiq komandan bildirib ki, onun cinayət işini aparan müstəntiq Vüqar Məmmədli barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə ona şərti cəza verib.
Hazırda məhkəmə iclası davam etdirilir.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də, HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …