Cümə , Dekabr 2 2022
Ana səhifə / Kriminal / Vilyam Hacıyevin məhkəməsində ekspertlər ifadə verəcəklər

Vilyam Hacıyevin məhkəməsində ekspertlər ifadə verəcəklər

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin məhkəməsi davam etdirilib.  Məhkəmə iclası başlayan kimi hakim Azər Paşayev müdafiə tərəfinin ötən məhkəmə iclasında qaldırdığı vəsatətlərdən birinin təmin olunduğunu elan edib. Həmin vəsatət maliyyə hesablamalarına görə eskpertin məhkəməyə dəvət olunması ilə bağlı idi. Hakim növbəti məhkəmə iclasını iyulun 1-nə təyin edib.

Vilyam Hacıyev 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. Musavat.com

Həmçinin oxuyun

Azyaşlılara qarşı cinsi zorakılıq edənlərə qatildən daha ağır cəza veriləcək

14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor …