Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə bu gün keçiriləcək məhkəmə prosesi təxirə salınıb. Buna səbəb cinayət işi üzrə şahidlərin məhkəmədə iştirak etməmələri olub.

V.Hacıyevin vəkili Elmar Kərimov şahidlərin məhkəmədə iştirakının təmin olunması və məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət qaldırıb. V.Hacıyev şahidlərin məhkəməyə gəlməmələrinin səbəbini istintaqdakı ifadələrindən imtina kimi qiymətlındirib. Vəsatət təmin edilməyib. Hakim hazırkı mərhələdə məcburi gətirilmə qərarına ehtiyac olmadığını bildirib.

Məhkəmə prosesi martın 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, V.Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. Sabiq icra başçısı elan olunan ittihamlarla özünü təqsirli bilmədiyini deyib. virtualaz.org

Həmçinin oxuyun

“Bəzi məktəblərdə narkotik biznesi məsələləri var…”

Son vaxtlar məktəblərdə şagirdlərin bir-birini bıçaqlaması, xəsarət yetirməsi kimi hallarla rastlaşırıq. Son olaraq Xəzər rayon …