Cümə axşamı , İyun 30 2022
Ana səhifə / Kriminal / Vilyam Hacıyevin məhkəməsi: Prokuror vəkili təkzib etdi

Vilyam Hacıyevin məhkəməsi: Prokuror vəkili təkzib etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən Vilyam Hacıyevin vəkili Elmar Kərimov sənədlərin tədqiqi zamanı elan edilən yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.

Vəkil sənədlərdə görülən işlər zamanı mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib. Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək vəsatətin təmin olunmamasını istəyib:

“Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək. Proses iyunun 24-ə təyin olunub.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub. 

Həmçinin oxuyun

Rüstəm Usubovun illər əvvəl MTN-də verdiyi sensasion İFADƏ

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq …