Cümə , Oktyabr 22 2021
Ana səhifə / Kriminal / Vilyam Haciyevdə pnevmoniya aşkarlandı

Vilyam Haciyevdə pnevmoniya aşkarlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

Belə ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olan arayışa görə, V.Hacıyevdə ağciyər pnevmoniyası aşkar edilib. Buna görə məhkəmə prosesi oktyabrın 8-nə kimi təxirə salınıb.

Vilyam Hacıyev 2020-ci il mayın əvvəllərində DTX tərəfindən həbs edilib. Ona qarşı vəzifə səlahiyyətlərini aşma, mənimsəmə və rüşvət alma maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

İlahiyyatçı baş redaktor həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.Bu barədə vəkil Cavad Cavadov məlumat verib.O bildirib …