Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Vilyam Hacıyev bu maddələrlə ittiham edilir

Vilyam Hacıyev bu maddələrlə ittiham edilir

Bu gün barəsində həbs qətimkan tədbiri seçilən İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub. 

İstintaq orqanı tərəfindən V.Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311.3.2 (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb.  /Oxu.az

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …