Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vidadi Zeynalovun «sağ əli» hələ də vəzifə başındadır

Vidadi Zeynalovun «sağ əli» hələ də vəzifə başındadır

Novruz Məmmədov sabiq aparat rəhbərinin bütün gizli əməllərindən məlumatlı olub Ötən il Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun kadrları hələ də adıçəkilən nazirlikdə yüksək vəzifələrdə təmsil olunarlar. Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Vidadi Zeynalovun «sağ əli» sayılan şəxs – Novruz Qulu oğlu Məmmədov hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin, poçt sektorunun müdiri vəzifəsində çalışır. Novruz Məmmədovla bağlı kifayət qədər məlumata sahib olduğunu vurğulayan mənbə iddia edir ki, nazirliyin poçt sektorunun müdiri Vidadi Zeynalovla yaxın münasibətlərdə olmaqla yanaşı, sabiq aparat rəhbərinin «qara qutusu» hesab olunub:

«Deyilənlərə görə, Novruz Məmmədov Vidadi Zeynalovun bütün gizli əməllərindən məlumatlı olub. Onlar uzun illərdən bəri bir-birini tanıyıb və bir çox məsələlərdə ortaq mbövqedən çıxış ediblər. Novruz Məmmədovun özünə gəlincə, o, əmək fəaliyyətinə 1982-ci ildə Rabitə Nazirliyinin Qasım-İsmayılov Rabitə Qovşağı, Dalməmmədli rabitə şöbəsində müvəqqəti çeşidləyici kimi başlayıb. Daha sonra o, “Azkooptikinti” Tresti, Xanlar rayonu 16 nömrəli tikinti sahəsində fəhlə, Xanlar rayonu Rabitə Qovşağında müvəqqəti hesabdar, baş mühasib, müvəqqəti rəis, Xanlar Poçt Filialında rəis, Rabitə Nazirliyinin Mərkəzi Aparatında nazirin poçt məsələləri üzrə müşaviri, nazirliyin poçt şöbəsində müvəqqəti müdir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri vəzifələrində çalışıb. Hazırda isə o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnfrastrukturun inkişafı şöbəsinin, poçt sektorunun müdiri vəzifəsində təmsil olunur».

Novruz Məmmədovun məhz Vidadi Zeynalovun dəstəyi nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vəzifə yüksəlişinə nail olduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, sabiq aparat rəhbəri hər zaman «sağ əli»nə arxa, dayaq olub: «Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin, poçt sektorunun müdiri bir neçə dəfə çətin və çıxılmaz vəziyyətlə üz-üzə qalıb. Məhz şəmin məqamlarda onun dadına Vidadi Zeynalov çatıb. Belə ki, sabiq aparat rəhbəri Novruz Məmmədova hər zaman öz dəstəyini göstərib. Çünki o, Vidadi Zeynalovun «sağ əli» olduğundan sabiq aparat rəhbəri onu itirmək istəməyib». Bu arada, mənbə onu da qeyd edir ki, Novruz Məmmədovun yaxın qohumu da hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində məsul vəzifədə çalışır:

«Belə ki, 2009-cu ildə Azərbaycan Dövlət Dillər Universitetinin filologiya fakültəsini bitirən Firuzə Novruz qızı Məmmədova Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin Protokol sektorunda sektor müdiri vəzifəsində çalışır. Deyilənlərə görə, onun bu vəzifəyə təyinatında Novruz Məmmədovun müstəsna xidmətləri olub. Vidadi Zeynalova gəlincə, qeyd etdiyim kimi, Novruz Məmmədov bir sıra məsələlərdə onun eyni mövqedən çıxış edib. Lakin nədənsə hüquq-mühafizə orqanları bu məsələnin üzərindən keçdilər, onun fəaliyyətinə dair araşdırma aparılmadı. Məsələnin maraqlı tərəfi ondadır ki, Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində az qala hər kəsi yoxlasa da, nədənsə Novruz Məmmədovla bağlı heç bir tədbir görülməyib. Halbuki onun fəaliyyətini araşdırmaqla Vidadi Heynalovla bağlı bir çox məsələlərə aydınlıq gətirilə bilər. Həmçinin Novruz Məmmədovun ifadəsinə baş vurularsa, uzun illər Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən xoşagəlməz məqamlarla bağlı ətraflı bilgiyə sahib olmaq mümkündür…» (gundelik-bakı)

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın