Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vidadi Zeynalov: “Faizdəyəm, oğlum avaralanmasın deyə göl götürmüşük”

Vidadi Zeynalov: “Faizdəyəm, oğlum avaralanmasın deyə göl götürmüşük”

“Rabitə işi”nə görə həbs edilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baş tutan iclasda BTRİB-in keçmiş baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib.

O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Anar Mustafayev də vəkilinin çıxışı ilə razı olduğunu deyib.

Prosesdə BTRİB rəisi olmuş Beytulla Hüseynovun vəkili çıxışı edin. O, müvəkkili barəsində olan cinayət işində kobud qayda pozuntularından danışıb. O, həmçinin Beytulla Hüseynovun ailə üzvlərinin, həmçinin qohumlarınım əmlakların üzərinə qoyulmuş həbslərdən danışıb. Sonda vəkil Beytulla Hüseynova bəraət tələb edib.

Qeyd edək ki, B.Hüseynov sabiq MTN rəhbəri Eldar Mahmudovun qohumudur.

Prosesin davamında hakim təqsirləndirilən şəxslərdən dəymiş ümumi zərərdən ödəniş edib-etməyəcəklərini soruşub.

Vidadi Zeynalov hakimin sualına cavabında belə deyib:

“Əgər günahımız varsa, mənim bütün əmlakım qurbandır. Hamısını götürsünlər. Bizə demirlər ki, dedikləri dəymiş zərərdən nə qədər pul qalıb. İşimizlə əlaqədar 550 təşkilat yoxlanılıb. Hamısından da pul alınıb. Bəs hanı o pullar? Ödənilibsə, dəqiq rəqəm desinlər. Onda biz bilək ki, nə qədər borcumuz qalıb. Ağır Cinayətlər Məhkəməsində dedilər ki, sənin zərərin 7 milyondur. Qohum-əqraba ödədi. Əmlaklarımı satıblar. Borclarım var, faizdəyəm. İndi dəqiq rəqəm desinlər, mən əmlaklarımı verim. Oğlum avaralanmasın deyə Qəbələdə göl götürmüşük. Yanında da balıqçısı. Götürsünlər. Amma bizim günahımızı sübut eləsinlər”.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmğv və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək rul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-ortik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən ararıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Ararat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …