Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Vidadi Bərdəlinin oğlu saxlanıldı

Vidadi Bərdəlinin oğlu saxlanıldı

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

” Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

***

Müğənni Aytac Bərdəli “Qafqazinfo”ya açıqlamasında qardaşının həbsi barədə danışmaq istəmədiyini bildirib:

“Bu barədə danışmaq istəmirəm. Hadisədən də xəbərim yoxdur”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …