Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Kriminal / “Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən biri tutuldu – Təfərrüat

“Veysəloğlu”nun işçisinə hücum edərək 70 min manat aparan şəxslərdən biri tutuldu – Təfərrüat

Aprelin 30-da DİN-in “102 Zəng Mərkəzi Xidməti”nə müraciət edən Mingəçevir şəhərində şirkətlərin birində işləyən Elçin Abdullayev tanımadığı 2 nəfərin onu vuraraq içərisində şirkətə məxsus pul olan çantasını aldıqlarını bildirib.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Dərhal Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, saat 7 radələrində 2 nəfər şəhər ərazisindəki MMC-lərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən alaraq aradan çıxıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər müəyyən ediliblər.
Polis əməkdaşları tərəfindən saxlanılan basqınçılardan biri – şəhər sakini Kənan Vəliyevin yaşadığı evdən 16 min manata yaxın pul, 1 ədəd beşbarmaq və 2 ədəd bıçaq aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, hücuma məruz qalan Elçin Abdullayev “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışır.

 

Həmçinin oxuyun

Sedat Peker “Quli”nin rəqibi ilə görüşündən danışdı – “Rəis” Badri ilə nə barədə söhbət edib?

Türkiyənin yeraltı dünyasının lideri Sedat Pekerin (“Rəis”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla konfliktdə olan gürcü …