Ana səhifə / Kriminal / “Veysəloğlu”nun əməkdaşına hücum olub, şirkətin 70 min manatı aparılıb

“Veysəloğlu”nun əməkdaşına hücum olub, şirkətin 70 min manatı aparılıb

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kriminal avtoriteti öldürən keçmiş məmur müstəntiqin otağında – FOTO

Oxu.Az-ın müxbiri kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs – Dövlət Miqrasiya Xidmətinin sabiq …