Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Vergilər Nazirliyi vergi ödəyicilərinə 3 gün əlavə vaxt verib

Vergilər Nazirliyi vergi ödəyicilərinə 3 gün əlavə vaxt verib

Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb.

Vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib.

VN-in media və kommunikasiya mərkəzindən xəbəri təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır:

“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə 20 Yanvar faciəsinin ildönümü cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi, yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, – deyə nazirlikdən qeyd edilib.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …

Bir cavab yazın