Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vergi orqanlarına edilən müraciətlərin sayı azalıb

Vergi orqanlarına edilən müraciətlərin sayı azalıb

2016-cı il ərzində vergi orqanlarına 87 min 438 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz azdır. Müraciətlərdən 95,7 faizi ərizə, 4,1 faizi şikayət, 0,2 faizi təklifdir.

Bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. Müraciətlərin 45,3 faizi müxtəlif arayışların alınması, 23,7 faizi kameral vergi yoxlamaları, 7,2 faizi vergi borcları, 3,6 faizi vergidən yayınma, dividendlərin verilməsi, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, 1,9 faizi səyyar vergi yoxlamaları, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 71,9 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarında ümumilikdə 4630 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən, 2016-cı ildə vergilər naziri tərəfindən Oğuz, Neftçala, Yardımlı, Qusar, Füzuli, Göygöl, Siyəzən, Ucar şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, həmin qəbullarda 33 rayonda yaşayan 255 vətəndaş iştirak edib.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın