Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vergi ödəyicilərinə sosial şəbəkələr vasitəsilə xidmət göstəriləcək

Vergi ödəyicilərinə sosial şəbəkələr vasitəsilə xidmət göstəriləcək

Vergilər Nazirliyi (VN) intizamlı vergi ödəyicilərinə “Yaşıl dəhliz” prinsipi əsasında ənənəvi xidmətlərlə yanaşı, informasiya kommunikasiya texnologiyalarının (İKT) son nailiyyətlərindən istifadə etməklə innovativ üsullu xidmətlər də göstərəcək. “AzərTAc” xəbər verir ki, bu barədə nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Ələkbər Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, belə innovativ üsullu xidmətlərdən biri partnyor ödəyici ilə videobağlantı xidməti olacaq. Videobağlantı nazirliyin internet saytı, “Facebook”, “Skype”, “Whatsapp” və İKT-nin digər imkanlarından istifadə etməklə aparıla bilər.

Bundan başqa, VN yanında Çağrı Mərkəzində intizamlı ödəyicilərə üçün sürətli xidmətlərin göstərilməsi məqsədilə xüsusi ayrılmış xətdən istifadə imkanı yaradılacaq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın