Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Vergi Apellyasiya Şurası müraciətlərin cəmi 35%-ni təmin edib

Vergi Apellyasiya Şurası müraciətlərin cəmi 35%-ni təmin edib

Bu ilin birinci yarısında Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasının icraatına 74 müraciət daxil olub.

“Report”un məlumatına görə, bu müraciətlərdən 16-sı kameral vergi yoxlamaları, 41-i səyyar vergi yoxlamaları, 15-i operativ vergi nəzarətinin nəticələri, 2-si vergi hesabatının vaxtında təqdim olunmamasına görə tətbiq edilmiş maliyyə sanksiyası ilə bağlı olub.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 74 müraciətdən 26-sı vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsiri ilə bağlı şübhələrin olması, analoji vergi ödəyicisinin Vergi Məcəlləsinin tələblərinə uyğun seçilməməsi, vergidən yayınma halını təsdiq edən sübutların olmaması, vergi ödəyicisinin dövlət büdcəsinə etdiyi ödənişlər, sosial vəziyyət nəzərə alınaraq, habelə sahibkarlıq fəaliyyətinin təşviqi, vergi ödəyicilərinin fəaliyyətinin davam etdirilməsinin stimullaşdırılması məqsədilə tam təmin edilib.

Dövr ərzində Şurada 10 müraciətin qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. Altı müraciət üzrə mübahisələndirilən dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması təyin olunub. Bundan əlavə, eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün “İnzibati icraat haqqında” qanunun 72.2-ci maddəsi rəhbər tutularaq, 14 müraciətin icraatına xitam verilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın